Dünya 14:32 23.02.2019

"Brexit"in təxirə salınması təklif edildi

İngiltərədə 3 nazir "Brexit" tarixinin təxirə salınmasını təklif edib.

Qaynarinfo xəbər verir ki, bu təkliflə İş və Pensiya Naziri Amber Radd, Ədliyyə Naziri Deyvid Qauke və Biznes, Energetika və Sənaye Naziri Qreq Klark çıxış edib. "Daily Mail"də yayımlanan ortaq yazıda parlamentdə keçiriləcək səsvermədə "Brexit" üçün əlavə müddət tələb ediləcək. Onların mövqeyinə görə, yaxın günlərdə Avropa İttifaqı ilə razılıq əldə edilməsə, prosesin təxirə salınması vacibdir. 

Qeyd edək ki, İngiltərənin 29 martda Avropa İttifaqından çıxması planlaşdırılır, lakin ölkə parlamentində, həmçinin Aİ ilə yekun razılaşma hələ də əldə edilməyib.

Gülşən