Video 12:59 19.05.2020

Brilyant Dadaşova eşq yaşadığı deyilən din xadimi barədə: İndi hansısa dılğır... (VİDEO)

Xalq artisti Brilliant Dadaşova "Tolik ilə səmimi" verilişinin qonağı olub.

Qaynarinfo Milli.Az-a istinadən xəbər verir ki, xanım sənətkar adının eşq dedi-qodularında hallandığı din xadimi ilə bağlı məsələyə aydınlıq gətirib.

Brilyant Dadaşova barəsində şayiə yayanları təhqir edib:

"Bir din adamı var. Onunla mənim adımı illərdir yan-yana çəkirlər. Qabaqları dedi-qodu kimi deyirdilər, indi hansısa dılğır gedib oturub xarici ölkədə, açıq-aydın danışır. Mən əlimi göyə Allaha qaldırdım ki, Ay Allah, sənə qurban olum. Mən öz səhvlərimi o qədər tuturam. Deyirəm, yəqin ki, mən özümdə nəyisə düz eləmədim, düz anlaşılmadı. Bir adamı tanıyarsan, deyərsən ki, "Mən tanıyıram. Düz hərəkət etməmişəm". Amma mən tanımadığım, həyatımda Allah şahiddir ki, kəlmə kəsmədiyim nə o din adamı, nə də ondan sonra o hacı Məmməddir".