Video 11:07 17.12.2018

Brilliant Dadaşovaya ittiham: "Şəxsiyyət vəsiqəsində yaşını azaldıb” (VİDEO)

Azərbaycanın məşhur əkizləri Sevil və Sevinc Səfərovalar "ATV maqazin" proqramına qonaq olublar. 

Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, onlar verilişdə bəzi suallara qalmaqallı şəkildə cavab veriblər. 

Sevil-Sevinc açıqlmasında qanun pozduqlarını etiraf ediblər: "Dəfələrlə qanun pozmuşuq. Qanun pozmaq üçün yaranıb”. 

Bundan əlavə, Sevinc xalq artisti Brilliant Dadaşovanın yaşını kiçiltdiyini bildirib: "Deyirlər ki, Brilliant Dadaşova yaşını azaldıb.  Şəxsiyyət vəsiqəsində... Elə eşitmişəm”.  

Həmçinin əkizlər qeyd edib ki, sevgililəri onları ilk tanışlıq vaxtlarında səhv salıb: "Sevgilimiz bizi səhv salıb. Təzə vaxtlarda olub. Görüşə gedəndə yerimizi dəyişməmişik. Amma imtahanlara bir-birimizin yerinə getmişik”.