Dünya 14:53 03.02.2019

Britaniya polisi plan hazırlığında: öncə kraliça və ailə üzvləri qaçırılacaq

Böyük Britaniya 29 martda Avropa Birliyindən ayrıla bilər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu prosesin baş tutması ölkədə neqativ hallara və qarşıdurmaya gətirib çıxara bilər. Bu səbəbdən təhlükəsizlik orqanları belə hal yaşanarsa, kral ailəsi üzvlərinin Londondan kənarda təhlükəsiz bir yerə yerləşdirilməsi üçün plan hazırlayır.

Artıq ölkənin güc strukturları Soyuq Müharibə dövründə tətbiq edilmiş fövqəladə vəziyyət planlarını gözdən keçirməyə başlayıblar. Lakin Brexit tərəfdarı olan mühafizəkar millət vəkili Yakob Ris-Moq isə açıqlamasında bunun lazımsız olduğunu deyib və İkinci Dünya Müharibəsi zamanı London bombalanarkən belə kral ailəsinin şəhərdən ayrılmadığına diqqət çəkib.