Sağlamlıq 11:37 04.03.2019

Britaniyada bir ailə üzvlərinin mədələri tamamilə götürülüb

Böyük Britaniyanın Volsol şəhərində yaşayan bir ailənin 3 üzvünün mədələri əməliyyatla götürülüb.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, əməliyyat Cembric xəstəxanasında Sofiya Əhməd və onun qardaşları Tahir Xan və Ömər üzərində əməliyyat həyata keçirilib. Sofiya və qardaşları bacısı və anası mədə xərçəngindən vəfat edəndən sonra müayinə olunub və onları da belə təhlükə gözlədiyini öyrəniblər. Mədənin çıxarılması əməliyyatının uğurla həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, ABŞ onkoloqlarına görə, böyük miqdarda şəkər istehlakı mədə xərçəngi ehtimalını artırır. Həkimlər şəkəri azaltmaq, bal və meyvəyə üstünlük verməyi məsləhət görürlər.

Gülşən