Texnologiya 18:48 13.11.2020

Britaniyada on minlərlə robot əsgər “xidmət” edəcək - Qorxunc layihə

Önümüzdəki onilliklərdə Britaniya ordusu on minlərlə robot əsgərdən ibarət ola bilər.


Qaynarinfoxəbər verir ki, bu barədə Britaniya Ordusunun Müdafiə Qərargahının rəisi, general Nik Karterin sözlərinə istinadən The Guardian məlumat yayıb.

"Robotlar bizim iş yerlərimizi əlimizdən almağa davam etdirir! İngilis silahlı qüvvələri nümayəndələrinin proqnozlarına görə, 2030-cu ilə qədər ordunun 25%-i robot olacaq”, - Karter deyib.


General Nik Karter uçan pilotsuz aparatların və robotların İngiltərə ordusunun əhəmiyyətli bir hissəsini təşkil edə biləcəyini düşünür. Bu, işə qəbul edilənlərin azalmasını kompensasiya edə bilər, lakin eyni zamanda Karter belə bir ordunun və "robot müharibəsi"nin gələcəyinin qeyri-müəyyən olduğunu da etiraf edir.

"The Guardian” xəbər verir ki, generalın sözlərinə görə, robotlaşdırılmış ordu 2030-cu illərədək bir gerçəyə çevrilə biləcək. "Düşünürəm ki, 30000-i robot ola biləcək 120.000 nəfərlik bir orduya sahib ola bilərik", - Karter deyib, daha sonra yalnız öz təxminlərini dilə gətidiyini qeyd edib.


İndi, İngilis hərbi qüvvələrinin hər bir bölməsində pilotsuz təyyarələrin tətbiqi üçün artıq təcrübələr aparılır. "The Guardian” iki tüfənglə silahlanmış bir i9 dronunu nümunə gətirir. Ancaq Karter öz proqnozlarına baxmayaraq, deyir ki, robotlaşdırılmış əsgərlərlə gələcək - müharibənin ən kiçik səhv üzündən başlaya biləcəyi bir gələcəkdir: "Bu bir riskdir və bunun nə olduğunu anlamalıyıq".

 

Alpər