Dünya 10:18 05.06.2019

Britaniyanın yeni baş naziri bu tarixdə müəyyənləşəcək

Böyük Britaniyanın yeni baş naziri 28 iyunda seçiləcək.

Qaynarinfo xəbər verir ki, baş nazir postuna ilk səsvermə 13 iyunda baş tutacaq. 2 finalçının mübarizə aparacağı yekun səsvermə isə 22-28 iyun tarixlərində keçiriləcək. Baş nazir vəzifəsinə ümumilikdə 13 nəfər iddia edir.

Qeyd edək ki, hazırda Böyük Britaniyaya rəhbərlik edən Tereza Mey 7 iyunda vəzifəsindən gedəcək.

Gülşən