Maqazin 18:54 08.09.2021

Britni Spirsin atası qəyyumluqdan imtina etmək üçün sənədləri imzaladı

Müğənni Britni Spirsin atası Los Ancelesdə qızının qəyyumluğuna son verilməsi barədə vəsatət qaldırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Ceyms Spirs verdiyi açıqlamada əgər qızı həbsdən çıxmaq istəsə və təkbaşına fəaliyyət göstərə biləcəyinə inanırsa, ona bu şans verilməlidir deyib.

Spirsin işi üzrə dinləmə sentyabrın 29 -na təyin edilib.

Qeyd edək ki, Britni Spirs 2008-ci ildə narkotik və psixoloji problemlərə görə qismən əlil elan edilib. O andan etibarən, atası onun maliyyə işlərindən və bir sıra digər sahələrdən məsul idi. Müğənninin özü isə şəxsi həyatına tam nəzarət etdiyini bildirib və qəyyumluğun çıxarılmasını tələb edib.

Xəyal