Ölkə 14:22 30.01.2019

BŞİH-dən açıqlama: 4 idarə ləğv olundu

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qurumun bir neçə idarəsinin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

BŞİH-dən Qaynarinfo-ya bildirilib ki, şəhər icra hakimiyyətinin yeni strukturu təsdiqlənib.

Qeyd olunub ki, yeni strukturda BŞİH-in tabeliyində olan 4 idarə əksini tapmayıb. Bunlar Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Bakı Şəhər Kino Xidməti İdarəsi və Bakı Şəhər Ekspertiza Mərkəzidir. Həmin idarələrin rəhbərləri və digər işçiləri sərəncama götürülüb.

Bundan başqa, şəhər icra hakimiyyətinin Başçısının aparatında da bəzi şöbələrin əsasında yeni şöbələr yaradılıb.