Siyasət 13:57 07.10.2019

BŞİH "Müsavat"ın qurultayı üçün yer ayırdı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 12-də qurultay keçirilməsinə yer ayrılması üçün etdiyi müraciəti cavablandırıb.

Qaynarinfo xəbər verir ki, BŞİH-də müraciətə baxılıb, qurultayın oktyabrın 12-də Bakının Binəqədi rayonunda yerləşən "Büllur” şadlıq sarayında (keçmiş "İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı vəzifəsinə hazırki başqan Arif Hacılı, partiya Divanının üzvləri Tofiq YaqubluYadigar Sadıqlı namizədliyini irəli sürüb.