Bu adada oksigen maskası olmadan gəzsəniz, qadına toxunsanız... (FOTOLAR)

Bu adada oksigen maskası olmadan gəzsəniz, qadına toxunsanız... (FOTOLAR)

Yaponiya dünyanın ən maraqlı və ilginc ölkələrindən biridir. Özlərinə məxsus mədəniyyətləri, fərqli yeməkləri, texnologiya sahəsindəki uğurları ilə bütün dünyada məşhurdur. Bu yazıda sizə Yaponiya haqqında çoxlarının bilmədiyi məlumatları təqdim edəcəyik.

1. Oksigen maskalı ada


Yaponiyadakı İzu adasına gedənlər aktiv vulkan səbəbindən qaz zəhərlənməsi riski ilə qarşı-qarşıya qalır. Bu səbəbdən ada sakinləri və qonaqlar oksigen maskaları ilə gəzir.


Vulkandan yayılan sulfid turşusunun səviyyəsi artanda adada siqnalzasiya səsi yayılır.

2. Kapsul otel


Otel Osaka şəhərində fəaliyyət göstərir. 


İstəyənlər oteldə kiçik kapsul otaqlarda gecələyə bilir.

3. Tərk edilmiş ada


Naqasakidən 15 km aralıda yerləşən Haşima adası 1887-1974-cü ildə kömür mədənləri ilə məşhur idi. 1959-cu ildə adada 5259 nəfər yaşayırdı. 


Ancaq neft erasının başlamasından sonra yaponlar adada kömür çıxarmaqdan imtina edib və adanı tərk ediblər. Ada bundan sonra sahibsiz qalıb.


Yaponiya 2009-cu ildə adanı turistlər üçün açıb. Hətta "Skyfall" serialının bir seriyası burda çəkilib.

4. İnemuri


Dünyanın bir çox yerində ofisdə yatsanız, işdən qovularsınız. Amma Yaponiyada hər şey fərqlidir.


Yapon iş mədəniyyətində "inemuri", yəni qısa müddət yatmaq məcburidir. Yatmayıb özünüzü yatmış kimi göstərsəniz, sizə işdən əlavə çalışmaq cəzası verilə bilər.

5. Toxunmaq qadağandır


Bərabər yatmaq dükanları adlandırılan bu kafelər ilk dəfə 3 il əvvəl fəaliyyətə başlayıb.


Sadəcə kişilərə xidmət göstərən kafelər sekslə məşğul olmamaq şərti ilə müştərilərə yanlarında bir qadınla yatmalarına icazə verilir. 

6. Sevgi otelləri


Yaponiyada son illər cütlüklərə saatlıq otaq icarəyə verən otellərin sayı artır. Statistikaya görə, ölkə əhalisinin 2 faizi gündə ən azı bir dəfə bu otelləri ziyarət edir.


Ad bildirmək məcburiyyəti olmayan bu otellərdə "qısa müddətə dincəlmək", "gecəlik" kimi fərqli xidmətlər var. Bu otellərin loqolarında ürək simvolları var. Bununla digər otellərdən asanlıqla ayrılırlar.

7. Dovşan qəfəsi


Tokiodakı Senso-ji məbədindəki bir kafenin önündəki növbə sizi çaşdırmasın. Bunun səbəbi kafe müştərilərin içəridəki müxtəlif cinslərdən olan dovşanları yedizdirə və qucağına alıb oynada bilməsidir.


Kafedə hər stolun yanında qəfəsdə dovşan tapmaq mümkündür. İstədiyiniz vaxt dovşanları yedizdirə, qucağınıza götürə bilərsiniz. Bunun üçün təxminən 29-30 manat ödəməlisiniz.

Aydın

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR