Dünya 16:40 09.04.2020

Bu adamların qanını köçürmək yoluyla koronavirusun müalicəsinə başlandı

Rusiyada koronavirusdan müalicə olunub sağalmış donorların plazmasının xəstələrə köçürülməsinin ilk prosedurları tamamlanıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, infeksiyanın müalicəsinin bu yeni metodu barədə Moskva merinin Sosial inkişaf üzrə müavini Anastasiya Rakova məlumat verib.

Onun sözlərinə görə, artıq Moskvada koronavirusdan sağalmış 11 nəfər donor olub. Şəhər klinikalarında artıq yeddi xəstəyə bu donorların qanı köçürülüb.
"Biz digər ölkələrdəki həmkarlarımızın elmi-tibbi araşdırmalarını daim izləyirik, oxşar tədqiqatlar Çin, Almaniya və ABŞ-da uğurla aparılır. Ümid edirik ki, yeni metod koronavirus pandemiyası ilə daha effektiv mübarizə aparmağa kömək edəcək", - Rakova qeyd edib.

Xatıladaq ki, 9 aprel tarixinə olan məlumatlara görə, Rusiya Federasiyasında koronavirusa yoluxanların ümumi sayı ölkənin 81 bölgəsində 10 131-ə çatıb. 76 nəfər ölüb, 698 nəfər sağalıb. Beləliklə, ölkədə bir koronavirus infeksiyası da qeydə alınmamış bu bölgələr qalıb - Altay Respublikası, Nenets Muxtar Dairəsi, Tuva və Çukotka.
 
Alpər