Foto 08:52 04.03.2020

Bu adaya gedənlər sağ qayıtmır: yaxınlaşanı öldürür və işgəncə verirlər (FOTOLAR)

Hind okeanında yerləşən Andaman adalarından biri olan Şimali Sentinel adasının hələ də ibtidai şərtlərlə yaşayan Sentinelese qəbiləsi vəhşi olduğu üçün bu adaya yaxınlaşmaq olmur.

Qaynarinfo xarici mətbuata istinadən xəər verir ki, Andaman və yaxınlığındakı Nikobar adaları Hindistan torpağı sayılır. Bu səbəbdən yerlilərlə birgə bu adada hindlilər də yaşayır. Lakin belə bir səyahəti Şimali Sentinel adasına edə bilməzsiniz. Belə ki, bu adanın yerli qəbilələri digərlərindən çox fərqlənir.

Ada digər sahillərdən uzaq olsa da Amazonun dərinliklərində yaşayan qəbilələr kimi əlçatmaz deyil. Lakin buranın əhalisi keçən əsrin əvvəllərindən bəri xarici dünya ilə əlaqələri rədd edib. Yüz illərdir bilinən qəbilə olmasına baxmayaraq sentinellilər onlarla əlaqə yaratmaq istəyənlərə oxla hücum edərək, uzaqlaşdırır və xariclə əlaqə yaratmaq istəmədiklərini bu şəkildə göstərirlər.

1880-ci ildə ingilis tədqiqatçı Moris Vidal Portmannın rəhbərliyi altında bir qrup araşdırmaçı qəbilə üzvlərindən 6-sını qaçırıb. Bunların bəziləri xəstəlikdən ölüb, lakin qalanları hədiyyələrlə birlikdə adaya geri gətirilib. Portman onlar üzərində antropoloji araşdırmalar aparıb.

1981-ci ildə isə Praymrouz adlı Panamaya aid yük gəmisi adanın sahillərinə ilişib. Sentinellilər gəmidəki silahsız ekipaj üzvlərinə oxla hücum çəkiblər. Praymrozun qalıqları hələ də adada qalmaqdadır. Qonaqpərvər olmadıqlarından qəbilə üzvlərinin fotoları bu vaxta qədər yalnız uzaqdan və ya havadan çəkilib. Onların əsas məşğuliyyəti ovçuluq və yığıcılıqdır.

Qeyd edək ki, 1991-ci ildə hindistanlı antropoloq Madhumala Çattopadyay adaya bir neçə dəfə səfər edərək yerli xalqla əlaqə yaratmağı bacarıb. Lakin daha sonra Hindistan hökuməti ada sakinlərini kənar xəstəliklərdən qorumaq məqsədilə tədqiqat səfərlərini dayandırıb. Bu ziyarətlərdən sonra adalılar qonaqpərvər davranışlarından yenə uzaqlaşblar. Hətta 2004-cü ildə bölgədəki sunamiləri araşdıran helikopterlərə belə oxlarla hücum ediblər. Maraqlısı budur ki, sentinellilər sunamini olacağını əvvəlcədən bilib və təhlükədən uzaqlaşmaq üçün adanın yüksək yerlərinə çıxıblar. Bundan sonrakı illərdə ada sakinləri daha da irəli gedərək, 2006-cı ildə adaya çox yaxınlaşan balıqçıları öldürüblər.

Sentinellilərin son cinayəti isə 2018-ci ilə təsadüf edir. Belə ki, 27 yaşlı amerikalı turist Con Allen Çou əvvəlcə Andaman və Nikobar adalarını gəzib, daha sonra balıqçılardan onu Şimali Sentinel adasına aparmalarını istəyib. Adaya yaxınlaşanda balıqçılardan ayrılaraq təkbaşına sahilə çıxıb. Lakin qəbilə üzvləri də tələ quraraq onu gözləyirdilər. Beləliklə amerikalı turist yaxınlaşan kimi onu oxla öldürürülər. Sahildə baş verənləri görən balıqçı isə qorxaraq uzaqlaşır. Bir gün sonra qayıdanda isə Çaunun cəsədini sahildə tapırlar. Yaşayış sahələrinə daxil olan turisti öldürən sentinellilər daha sonra boynuna ip keçirərək, saatlarla qumda sürümüş və daha sonra belinə qədər quma basdıraraq işgəncə vermişdilər.

Bu gün həm yerlilərin, həm də xaricilərin təhlükəsizliyi üçün adaya girişə icazə verilmir. Bölgədə hər hansısa elmi araşdırma aparılmır və Sentinel qəbiləsi xarici dünyadan təcrid halda yaşayır.

Camal