Ölkə 21:45 23.06.2019

Bu ali məktəbə cəmi 4 qız daxil olub

Artıq yay qəbul imtahanlarına start verilib. Yay qəbul imtahanları yekunlaşdıqdan sonra müsabiqə iştirakçıların gender statistikası açıqlanacaq.

Qaynarinfo Dövlət İmtahan Mərkəzinin "Abituryent” jurnalının 12-ci nömrəsinə istinadən ötənilki qəbul imtahanlarında iştirak edib tələbə adını qazananların universitetlər üzrə gender statistikasını təqdim edir:

Ötənilki nəticələrə əsasən, oğlanlar Azərbaycan Dövlət İqtisad Universitetinə üstünlük veriblər. 2096 oğlan bu ali təhsil müəssisəsinin tələbəsi adını qazanıb.

Ən az oğlan tələbə qazanan ali təhsil müəssisəsi isə Bakı Musiqi Akademiyası olub. Bura cəmi 27 oğlan abituriyent qəbul olunub.

Ən çox xanım abituriyent isə Bakı Dövlət Universitetini seçib. 3556 qız bu ali təhsil müəssisəsinin tələbəsi adını qazanıb.

Qızların ən az qəbul olunduğu ali məkətb isə Azərbaycan Dövlət Dəniz Akademiyası olub. Keçən ilki qəbul nəticələrinə əsasən, burada cəmi 4 xanım tələbə təhsil ala bilib.