Foto 18:03 22.09.2018

Bu ayaqqabıların qiyməti 530 dollardır (FOTOLAR)

Venesiyanın məşhur moda markası "Golden Goose" tərəfindən istehsal edilən "Superstar taped sneakers" model ayaqqabılar həm qiyməti, həm də görünüşü ilə diqqəti çəkib.

Qaynarinfo xəbər verir kikobud formada təmir edilmiş köhnə ayaqqabı görünüşünə sahib olan modellərin qiyməti İtaliyada 375 avro, ABŞ-da isə 530 dollar müəyyənləşdirilib. 

Markanın bu addımı sosial mediada birmənalı qarşılanmayıb və insanlar tərəfindən "kasıblığa lağ etmək" kimi dəyərləndirərək kapitalizmi tənqid edib.

Qeyd edək ki, "Golden Goose" 2016-cı ildə də köhnə görünüşə sahib ayaqqabı istehsalına görə tənqid hədəfinə çevrilmişdi.

Gülşən