Xəbər lenti

Bu aylar Mərkəzi Bank üçün çətin olacaq (ŞƏRH)
Ekonomiks 12:39 06.01.2018

Bu aylar Mərkəzi Bank üçün çətin olacaq (ŞƏRH)

"Ötən ilin dekabrında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb. Öncədən də proqnozlaşdırdığımız kimi, ötən ay dollara tələbin artması müşahidə edildi".

Qaynarinfo xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, əvvəlki ayla müqayisədə ilin son ayında 2,8 dəfə, yəni 584,8 milyon dollar satılıb:

"Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub. Sadəcə, bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək qaldığından xəbər verir. Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən, yəni neft gəlirlərimizin həcmindən asılıdır. 2018-ci ildə isə Mərkəzi Bank üçün cətin aylar mart, avqust və ilin son ayı olacaq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->