Dünya 09:00 02.02.2018

Bu balina insan kimi danışır (VİDEO)

Qatil balinaya danışmağı öyrədiblər

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Şotlandiyanın Sent-Endryus Universitetinin alimləri əhilləşdirdikləri balinaya insan kimi danışmağı öyrədiblər. Belə ki, Viki adlı balina "salam", "gülə-gülə" sözlərini deməyi, baxıcısını Emi adı ilə çağırmağı, həmçinin 3-ə qədər saymağı bacarır.

16 yaşlı balinanın danışığının nə qədər aydın olması isə xüsusi cihaz vasitəsilə yoxlanılır.

Qeyd edək ki, balinaların digər dəniz canlılarını təqlid edə bilmələri öncədən elmə məlum idi, lakin alimlər onların insan səsini təqlid edə biləcəyini düşünməmişdilər.