Azərbaycanda daha bir bank komissiya haqqını artırıb.
Qaynarinfo cebhe.info-ya istinadən xəbər verir ki, Türkiyənin Ziraat Bankının Azərbaycandakı şöbələrindən bu ölkəyə pul köçürmələrində komissiya haqqında 2 dəfə artım olub.
Belə ki, əvvəllər 15 TL-dən başlayan komissiya haqları indi 30 TL-dən başlayır. Dəyişiklik bu ilin yanvarından bütün köçürmələrə şamil edilir. Komissiya haqlarında 2 dəfə artımın olmasını bank öz komissiya haqqının Azərbaycandakı digər banklarla müqayisədə ucuz olması ilə izah edib.
Şərhlər