Xəbər lenti

Bu bankir Şərurlu İsfəndiyara 10 milyon manat
Ölkə 12:24 27.01.2021

Bu bankir Şərurlu İsfəndiyara 10 milyon manat "atıb"

"Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılovun cinayət işində zərərçəkmiş şəxslər arasında Azərbaycanın ən böyük tikinti maqnatı "Şərur” MTK-nın sədri, "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov da var.

Qaynarinfo xəbər verir ki, bu barədə İ.Axundov Unikal.org-a açıqlamasında bildirib ki,  adıçəkilən bankirin dələduzluğunun qurbanı olub:

"N.İsmayılov mənim etibarımdan sui-istifadə edərək 10 milyon manat pulumu mənimsəyib. Mən bankdan pul götürmüşəm. Pulu ödəmişəm, çekləri çırıb atıb. Deyir guya pulu almamışam. Mən pulun çeklərini ekpertə vermişəm. Onun məndən pul aldığı təsdiqləndi. "Zaminbank”ın rəhbəri bir sözlə mənə qarşı fırıldaq edib."

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->