Dünya 17:20 11.03.2018

Bu da Putinin bəhs etdiyi səsdən sürətli raket (FOTO)

Rusiyanın Müdafiə Nazirliyi ölkə başçısı Vladimir Putinin bir müddət öncə çıxışlarının birində bəhs etdiyi Xəncər (Kinjal) adlı səsdən sürətli raketin görüntülərini yayımlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, görüntülərdə sözügedən raketin hədəf halında Miq-31 tipli qırıcının altına yerləşdirildiyi əks olunub.

Qeyd edək ki, Putin martın 1-də parlamentdə çıxışı zamanı Xəncər raketi haqqında məlumat vermiş və dünyada bunun ikinci bir bənzərinin olmadığını dilə gətirmişdi. O, bununla dünyanın istənilən nöqtəsini vura biləcəklərini və heç bir müdafiə sistemi tərəfindən qarşısının alına bilmədiyini vurğulamışdı.