Dünya 22:14 18.03.2019

Bu dəfə "Boinq" sərnişinləri ölümdən döndü

Moskvanın "Şeremetyevo" aeroportundan havaya qalxan "Boinq 737-800" sərnişin təyyarəsi qanadında nasazlığın yaranması səbəbindən Soçi Beynəlxalq Hava Limanına eniş edib.

Qaynarinfo axar.az-a istinadən bildirir ki, bu barədə RİA məlumat yayıb.

"Eniş etdikdən sonra təyyarənin qanad mexanizmində problemin olduğu aşkara çıxıb. Təyyarədə 106 sərnişin olub. Beynəlxalq aeroportun operativ xidməti tam hazır vəziyyətə gətirilib və təyyarəyə baxış keçiriblər. Eniş uğurlu alınıb", - deyə məlumatda bildirilib.