Texnologiya 15:47 07.12.2018

"Bu, dünyanın ən vacib kəşflərindən biri olacaq" (ŞƏRH)

"Bir müddət öncə dünyanın ən populyar kriptovalyutası olan bitkoin erası artıq bitmək üzrədir".

Qaynarinfo xəbər verir ki, bunu bitkoinin kəskin ucuzlaşması haqda danışan iqtisadçı Natiq Cəfərli deyib.

"Bu kriptovalyutanın qiyməti hazırda 3300 dollara düşüb. Bitkonin maksimal qiyməti 20 min dollar olmuşdu. Dünya tarixi hələ belə "piramida” görməmişdi. Dünya üzrə onlarla insan bu işdən ciddi pul qazandı, yüzminlərlə insan isə böyük pullar itirdi. Arxasında ciddi məlumatın, analizin olmadığı yatırımların axırı həmişə belə olur. Bu eksperimentin bəşəriyyətə bir xeyri oldu, "Blockchain” texnologiyasına maraq yarandı və müxtəlif istiqamətlər üzrə istifadəsi artdı. "Blockchain” 21-ci əsrin ən vacib kəşflərindən biri olacaq və seçkilərdən tutmuş iri şirkətlərin koorporativ idarəetməsinə qədər hər yerdə istifadə olunacaq”, - ekspert bildirib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!