Ekonomiks 17:06 10.12.2018

Bu dövlət qurumu “Bakutel 2018” sərgisində qonaqlara 46 min manat xərcləyib

"Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelekom) "Bakutel 2018” sərigisi ilə əlaqədar olaraq qonaqlar üçün ziyafətlərin təşkili işləri və uçuş biletlərinin, sərgiyə dəvət olunmuş 50 nəfərlik qonaqlar üçün 4 gün ərzində nahar və şam yeməklərinin təşkili işlərinə xərclədiyi maddi vəsait bəlli olub.

Qaynarinfo finans.az-a istinadən xəbər verir ki, qeyd olunan işlər "Yarpaq-N” MMC şirkətinə həvalə olunub.

Bunun üçün "Baktelekom" şirkətə 46 309 manat pul ödəyib.