Ölkə 19:04 07.08.2017

Bu əlamətlər səndə varsa... (MARAQLI)

Sıxıcı insanların əksəriyyəti demək olar ki, eyni xüsusiyyətlərə sahibdirlər. Əgər özünüzə “mən sıxıcıyam?” deyə sual verirsinizsə, aşağıda sadalanacaq siyahıya göz gəzdirməniz məsləhətdir. 

“Qaynarinfo” İngiltərənin “İndependent” qəzetinin sıxıcı insanlarla bağlı araşdırmasını sizə təqdim edir: 

1. Söhbətləri tarazlıqda saxlaya bilməzlər

Sıxıcı insanlar adətən söhbət əsnasında dinləmək və qulaq asmaq arasındakı tarazlığı təmin edə bilmirlər. Ya çox danışıb qarşı tərəfi dinləməzlər, ya da az danışıb və ya susub dinləməyi seçərlər. 

2. Qarşısındakı insanın bədən dilini önəmsəməzlər

Sıxıcı insanlar söhbət əsnasında qarşısındakı insanın bədən dilinə fikir verməzlər. 

3. İnsanları güldürməyi bacarmazlar

İroniya, sarkazm ancaq yüksək məntiqli insanlar tərəfindən qəbul olunur. Buna görə də sıxıcı insanlarda yumor çox da inkişaf etmir. 

4. Söhbət zamanı uyğun söz tapmaqda çətinlik çəkərlər

Sıxıcı insanların digər xüsusiyyəti isə planlı, tədbirli olmalarıdır. Bu səbəbdən plandan kənar mövzularda söhbət edə bilmirlər. 

5. Həmişə eyni işlərlə məşğul olurlar

İşdən sonra və ya həftə sonlarında adətən eyni işlərlə məşğul olurlar. Yenilik onları qorxudar və sıxar. 

6. Öz fikirləri olmur

Hadisələrə münasibətdə sərhədləri olduğundan yeni fikirləri qəbul etməz və konservativ düşüncəyə sahib olarlar. 

7. Özlərini qarşı tərəfin yerinə qoymağı bacarmazlar 

Duyğusallığı aşağı olan insanlar olduqlarına görə söylədiklərinin qarşı tərəfə necə təsir etdiyini anlamaz və düşünməzlər.

8. Səs tonları monoton olur

Monoton səs tonuyla danışan insanlar “Sıxıcı”lar kateqoriyasına daxil olurlar. Onların nə zaman həyəcanlandığını və ya əsəbləşdiyini müəyyən etmək çətin olur. 

9. Pessimist olurlar

Alimlər belə insanların hadisələrə adətən mənfi tərəfdən baxdığını sübut ediblər. 

10. Daim sıxılırılar

Və bununla da onların adətən ətrafdakı insanları da sıxıntıya saldığı söylənir. 

Nərmin Həsənli

Qaynarinfo.Az