Dünya 18:10 02.02.2018

Bu evlər 1 avroya satılır

İtaliyanın Sardiniya adasında yerləşən Ollolay bölgəsində yüzlərlə yaşı olan daş evlər 1 avroya satışa çıxarılıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, evi 1 avroya alan şəxslərin qarşısında tikilini 3 il müddətində bərpa etmək tələbi qoyulur. Təmirin qiyməti təxminən 25 min avrodur. 

Addıma səbəb kəndin əhalisinin sayında kəskin azalmanın müşahidə edilməsidir. Əvvəllər 2250 nəfər əhalisi olan Ollolayda hazırda 1300 sakin var. 

Ollolay bələdiyyə sədri Efisio Arbau proses barədə fikir bildirərək "Tarix əvvəlinə qədər uzanan bir kökümüz var. Mübarizəmiz əvəzsiz adət-ənənələrimizin unudulmamasını təmin etməkdir" deyib.

"Casu fiore sardu" adlı qoyun pendiri ilə məşhur olan ərazidə bu günə qədər 3 ev satılıb və 100-dən çox tələbin olduğu bildirilir.

Gülşən