Dünya 12:10 05.08.2018

Bu gün Avropada istilik rekordu qırılacaq: 50 dərəcə

Bu gün Pireney yarımadasında temperaturun 50 dərəcəyə qədər qalxması gözlənilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bütün Avropanı cənginə almış Afrikadan gələn hava kütlələri istiliyin Portuqaliya və İspaniyada rekord həddə çatmasına səbəb olacaq. İspaniyanın Mursiya ərazisində 48 və 78 yaşlı 2 nəfər artıq hava şəraitinə görə dünyasını dəyişib. 

Avropa qitəsində yüksək temperatura görə tədbirlər alınıb. Fransada yerləşən "Fessenheim" AES-də istehsal azaldılıb, zooparklarda qorillalara dondurulmuş qidalar verilir. İsveçrədə əsgərlərə şort və mayka geyinməyə icazə verilib. 
 
Qeyd edək ki, bu günə qədər Avropada rekord temperatur 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada müşahidə edilib və istilik 48 dərəcəyə çatıb.

Gülşən