Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.

Qaynarinfo Sport7.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda baş tutacaq matçda "Qəbələ” "Sumqayıt”la üz-üzə gələcək. 
 
Tarixində ilk dəfə olaraq finala yüksələn "Sumqayıt"dan fərqli "Qəbələ" bu mərhələyə 3 dəfə gəlib çıxıb. Ancaq keçirdiyi bütün final matçlarında məğlub olub. Belə ki, komanda 013/2014 mövsümündə "Neftçi”yə (1:1, pen. 2:3), son iki ildə isə "Qarabağ” (0:2) və "Keşlə”yə (0:1) məğlub olub.
 
"Qəbələ” və "Sumqayıt” kubokda ilk dəfə qarşılaşacaqlar. Premyer Liqada isə geridə qalan 28 oyundan 3-də "gənclik şəhəri” təmsilçisi qalib gəlib. Ümumlikdə 17 görüşdə "Qəbələ” üstün olduğu halda, 8 matçda bərabərlik olub. "Qırmızı-qaralar” top fərqində də öndədirlər – 47:21.
 
"Sumqayıt” finala qədər "Neftçi” (2:0, 0:1) və "Zirə” (0:0, 3:3) mübarizədən kənarlaşdırıb. "Qəbələ” isə "Sabah”la (1:0, 1:0) "Qarabağ”dan (1:0, 1:2) güclü olub. 

Azərbaycan Kuboku

Final

19 may

17:00. "Qəbələ” – "Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası stadionu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR