Siyasət 12:56 15.04.2019

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başladı (YENİLƏNİB)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş başlayıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter” hesabında məlumat verilib. 

***09.00

Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar MəmmədyarovZöhrab Mnatskanyan arasında görüş keçiriləcək.

Qaynarinfo xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.

Qapalı müzakirələr 29 Mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.