Ölkə 09:12 21.12.2017

Bu gün Azərbaycana qış gəlir

Bu gün Azərbaycanda Bakı vaxtı ilə saat 20:27-də qış fəsli başlayacaq.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, bu gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirib ki, bundan sonra artıq günlər uzanmağa başlayacaq: "Yer Qış Günəş duruşundan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq. Dekabrın 21-i isə ilin ən qısa gündüzü və ən uzun gecəsi olacaq”.