Ölkə 16:06 28.01.2022

Azərbaycanda yeni televiziya kanalı yayıma başladı (FOTO)

Bu gün saat 16:00-da "Kanal S”in peyk yayımına start verilib.

Qaynarinfo xəbər verir ki, yeni peyk yayımına başlayan televiziyada tamaşaçıların zövqünü oxşayan, onların istəklərinə və maraqlarına cavab verən proqramlar hazırlanıb. Fevralın 14-dən etibarən artıq rəngarəng verilişlərin yayımına başlanacaq. 

"2009-cu ildən fəaliyyətə başlayan "Kanal S”in bir çox layihələri Azərbaycan teleməkanında öz fərqliliyi, möhtəşəmliyi ilə seçilib. Yenə də qarşıda böyük məqsədlər, layihələr var. Tamaşaçılar, təbii ki, yeni simalar da görəcəklər, amma Həmidə Ömərova, Roza Zərgərli, Lalə Əlmuxtarova kimi aparıcılar da bir-birindən maraqlı verilişləri ilə tamaşaçılar qarşısına çıxacaqlar. Bir sözlə, "Sizdəyik” devizini əsas götürən şirkətin əsas məqsədi Azərbaycan teleməkanında daha fərqli strategiya, əyləncəli və maraqlı proqramlarla tamaşaçıları maarifləndirmək, xüsusilə də xanımların televiziya qarşısında daha səmərəli vaxt keçirmələrini təmin etməkdir. Əsas bazası Şəkidə yerləşən televiziyanın hədəfləri sırasında regionların inkişafı istiqamətində xidmət göstərmək də var" deyə kanaldan verilən açıqlamada bildirilib.