Ekonomiks 09:18 23.01.2018

Bu gün Davos forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu başlayır.
 
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq.
 
Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Onun "Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub. 

Davos Forumu yanvarın 26-na kimi davam edəcək.