Siyasət 09:15 29.03.2019

Bu gün İlham Əliyevlə Nikol Paşinyanın görüşü olacaq

Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.

Martın 28-də isə Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyiilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.