İdman 09:55 23.12.2017

Bu gün ilin son “El-Klasiko”su baş tutacaq

Bu gün İspaniya La Liqasında ilin sonuncu "El-Klasiko”su keçiriləcək. Qaynarinfo xəbər verir ki, XVII tur çərçivəsində "Real" "Barselona”nı qəbul edəcək.

Əzəli rəqiblərin cari çempionatda "Santyaqo Bernabeu” stadionunda baş tutacaq ilk dueli Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.

Ötən mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olan "Real" cari birinciliyə yaxşı başlamayıb. Zinədin Zidanın rəhbərlik etdiyi kollektiv hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider "Barselona”dan 11 xal geri qalır. Lakin "Kral Klubu"nun ehtiyatda bir oyunu da var. Kataloniya təmsilçisi isə ən yaxın izləyicisi "Atletiko”nu 6 xal qabaqlayır.

Növbəti matç bu kollektivlərin La Liqada 175-ci dueli olacaq. Əvvəlki görüşlərdən 72-də madridlilər, 69-da isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə "Real"la "Barselona” 270-ci dəfə qarşılaşacaqlar. Bunlardan 99-da paytaxt klubu, 11-də isə "göy-narıncılar” qələbə qazanıblar.

La Liqa
XVII tur
23 dekabr

16.00 Real Madrid - Barselona
Real (gözlənilən heyət): Keylor Navas, Dani Karvahal, Rafael Varane, Serxio Ramos, Marselo, Kasemro, Luka Modriç, Toni Kroos, İsko, Kriştiano Ronaldo, Kərim Benzema.
Barselona (gözlənilən heyət): Marc-Andre ter Stegen, Serj Roberto, Cerard Pike, Xavyer Maskerano, Jordi Alba, Serxio Buskets, İvan Rakitiç, Andres İnyesta, Paulinyo, Lionel Messi, Luis Suares.
Baş hakim: Xose Mariya Sançes Martines.
"Santyaqo Bernabeu” stadionu.