Siyasət 09:47 11.10.2017

Bu gün Soçidə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Bu gün Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

"Qaynarinfo" report-a istinadən xəbər verir ki, iclasın əsas hadisəsi quruma sədrliyin Rusiyadan Azərbaycana keçməsi olacaq. 2018-ci ildə MDB-yə Azərbaycan sədrlik edəcək.

Şuranın iclasında MDB üzvlərinin ümumi maraqlarına cavab verən prinsipial məsələlər müzakirə olunacaq.

Azərbaycan, Ermənistan, Belarus, Moldova, Qazaxıstan, Türkmənistan və Özbəkistan prezidentlərinin, həmçinin Qırğızıstan baş nazirinin iclasda iştirakı gözlənilir.

Qaynarinfo.Az