İdman 23:01 31.08.2020

Bu gün təqdimatı olan məşhur futbolçuda koronavirus aşkarlandı

İspaniya "Real Sosyedad"ının yeni transferi David Silva koronavirusa yoluxub.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu dərhal karantinə alınıb.

Qeyd edək ki, İngiltərənin "Mançester Siti" klubundan ayrıldıqdan sonra La Liqa təmsilçisi ilə müqavilə bağlayan Silvanın bu gün təqdimat mərasimi keçirilib.