Siyasət 11:14 10.03.2020

Prezident VI çağırış Milli Məclisin ilk iclasında iştirak edir (YENİLƏNİB)

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev iclasda iştirak edir.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. 

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.
 
09.22

Bu gün VI çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, , iclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

Parlamentin ilk iclasına sədrliyi ən yaşlı deputat, yəni, Fəttah Heydərov edəcək.

Milli Məclisin birinci iclasında əvvəlcə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.