Ekonomiks 21:29 19.08.2013

Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 58 258 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bunlardan 543 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 52 673-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 4 486-sı yük avtomobilləri, 556 ədədi isə xüsusi təyinatlı avtomobillər olub. 

Qaynar.info