Ölkə 11:20 20.08.2013

Bu il I sinfə nə qədər uşaq gedəcək?

Təhsil Nazirliyi bu il birinci sinfə gedəcək şagirdlərin sayını açıqlayıb. 

Qaynar.info-nun Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2013-2014-cü tədris ilində ümumi  təhsil məktəblərində I sinfə gedəcək şagirdlərin gözlənilən sayı 141 166 nəfərdir. Onlardan 74 998 nəfəri oğlan, 66 168 nəfəri qızdır.

 2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135 541 nəfər olub (73 182 oğlan, 62 359 qız).

Qaynar.info