Ekonomiks 16:14 26.07.2018

Bu il taxıl sahələrində məhsuldarlıq nə qədər olub?

25 iyul 2018-ci il tarixinə olan məlumata əsasən respublikanın rayonlarında 972.8 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 641.7 min hektarı buğda, 331.1 min hektarı arpa sahələridir.
 
Bu barədə Qaynarinfo-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hazırki məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 30.1 s/ha, arpanınkı isə 27.6 s/ha təşkil edir.

Arpa biçininin 98.4%-i, buğda biçininin isə 94.7%-i yerinə yetirilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 28 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 31 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1, Qəbələ - 3) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib. 17 nəfərə isə (Ağsu – 1, Bakı – 1, Bərdə - 1, Beyləqan – 1, Gəncə - 3, İmişli – 3, Lənkəran – 2, Quba – 4, Şəki – 1) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib (dəyişdirilib).