Ölkə 12:25 21.10.2018

Bu il övladlığa neçə uşaq verilib?

2018-ci ilin I yarısında Azərbaycanda övladlığa götürülmüş uşaqlar və övladlığa götürmənin ləğvi ilə bağlı statistika açıqlanıb.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, ümumilikdə 458 nəfər övladlığa götürülüb. Onlardan 223 nəfəri qız, 235 nəfəri oğlandır.

Övladlığa götürülənlərdən 1 yaşa qədər olanlar 117 nəfər (66 qız, 51 oğlan), 1-5 yaşda olanlar 191 nəfər (83 qız, 108 oğlan), 6-10 yaşda olanlar 87 nəfər (40 qız, 47 oğlan), 11-17 yaşda olanlar 63 nəfərdir (34 qız, 29 oğlan).

Hesabat dövründə övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 36 nəfər təşkil edib. Onlardan 11-i qız, 25-i oğlandır. Biri 1-5 yaş aralığında (qız), səkkizi 6-10 yaş aralığında (3 qız, 5 oğlan), iyirmi yeddisi 11-17 yaş aralığındadır (7 qız, 20 oğlan).