Texnologiya 12:18 29.10.2017

Bu it telefonlara gələn bildirişləri xəbər verəcək

Telefonunuza gələn bildirişlərdən macar çoban iti vasitəsilə xəbərdar ola bilərsiniz.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da satışa çıxarılan və "Soshee" adı verilən oyuncaq it telefonunuza gələn sosial media bildirişlərini xəbər vermək üçün nəzərdə tutulub. "Soshee" sözü "Social" sözünün qısaldılmış formasıdır. 11,43 sm uzunluğu, 283 qr çəkisi olan it animasiya mütəxəssisi Con Nolan tərəfindən dizayn edilib. 

"Soshee" sizə gələn emailləri, "Instagram", "Facebook", "Twitter" bildirişlərini 12 fərqli formada xəbərdar edir: oturaraq, hürüyərək, quyruğunu bulayaraq və s. 

"Bluetooth" vasitəsilə telefona qoşulan it telefondakı audio faylları səsləndirə bilir. Qara, ağ, qəhvəyi rəngli itləri 169 dollara əldə etmək mümkündür. 

Gülşən
Qaynarinfo.Az