İdman 22:19 22.06.2019

Bu klub futbolçu satışından 1,1 milyon avro qazanıb

Son 5 ildə akademiyasında yetişdirdiyi futbolçularla özündən söz etdirən "Benfika"nın qazandığı pulun məbləği müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, 2004-cü ildə akademiyasını yeniləmək qərarına gələn Portuqaliya klubu cəmi 15 milyon avro xərcləyərək hazırladığı layihəni 2006-cı iildə təqdim edib. Həmin vaxtdan bu günədək klub akademiyasının yetirmələrinin satışından 11 milyard avro gəlir əldə edib.

"Benfika"nın indiyədək satdığı ən bahalı futbolçunun qiyməti 40 milyon avro olub. Başqa klublara transfer olunan futbolçuların qiyməti 15-40 milyon avro arasında dəyişib.

Yaxın günlərdə klub tarixinin ən bahalı futbolçusunu sata bilər. Belə ki, hazırda Avropanın əksər böyük klublarının maraq dairəsində olan Joao Feliksin müqaviləsindəki sərbəst qalma maddəsi 120 milyon avrodu. İddialara görə, 19 yaşlı futbolçu ya "Atletiko"ya gedəcək, ya da bu məbləğin 80 milyon avrosunu nağd, qalanını hissə-hissə ödəmək istəyən "Real"a transfer olunacaq.