Maqazin 11:16 17.06.2020

“Bu, “koronavirus yoxdur” deyənlərə cavabdır” - Murad Dadaşov

"Xalq və cəmiyyət üçün Bəhram Bağırzadə fərqli bir insandır. Onun səhhəti ilə bağlı xəbər hamımızı məyus etdi. Bu anda susmaq düzgün deyil. İnsanlar onun səhhəti barədə bizdən xəbər gözləyir. Susanda şayiələrin yayılmasına səbəb yaradırıq”.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Murad Dadaşov koronavirusla mübarizə aparan həmkarı Bəhram Bağırzadə barədə danışarkən bildirib.

O, "Planet Parni iz Baku”nun instaqram səhifəsinə görüntülü bağlanaraq proqnozlara yox, möcüzələrə inandığını vurğulayıb: "Aydındır ki, ailəsinin vəziyyəti çox ağırdır. Bəhramın yaşlı anası, övladları, xanımı və bacısı var. Biz hamımız çox gərginik və məsələ çox çətindir. Bu bəla millət, yaş, cins, sərhəd tanımır. İstənilən qapını döyüb içəri girə bilər. Bu hadisə "koronavirus yoxdur” deyənlərə cavabdır. Açıq deyim, proqnoz və s. kimi şeylərə yox, möcüzələrə inanıram. İnsanın həyatı boyu etdiyi yaxşılıqlar ən çətin məqamlarda qarşısına çıxır. Ümid edək ki, Allah Bəhramı bizim üçün qoruyacaq.

Postlar paylaşılanda diqqətli olaq. Biz hamımının xoşuna gələ bilmərik. Mərhum kapitanımız Anar Məmmədxanovun yaxşı sözü var: "İnsan 100 dollar əskinazı deyil ki, hamı sevsin”. Amma bir məsələni unutmayaq. Eyni cəmiyyətdə yaşayırıq və bir-birimizə bağlıyıq”.