Dünya 18:04 17.12.2018

Bu ölkə 5 ildə 345 min xarici işçi cəlb edəcək

Yaponiya növbəti 5 il ərzində ölkəyə 345 min xarici işçi qüvvəsi cəlb edəcək.

Qaynarinfo xəbər verir ki, baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumət tərəfindən irəli sürülən qanun layihəsi parlamentin yuxarı pilləsi tərəfindən qəbul edilib. Ən çox işçi qəbulu restoran, inşaat və təmizlik sektorunda planlaşdırılır. Addımın səbəbi Yaponiya əhalisinin yaşlanması və işçi qüvvəsində yaranan çatışmazlıqdır. Lakin ölkədə insanların 65,8%-inin bu addıma qarşı çıxdığı bildirilir.

Gülşən