Dünya 20:44 16.12.2017

Bu ölkə də narkotiki qanuniləşdirdi

Danimarka parlamenti tibbi məqsədlər üçün marixuananın istifadəsini qanuniləşdirib.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, marixuana 2018-ci ilin yanvarın 1-dən əvvəlcədən müəyyən edilən kateqoriyaya uyğun olan pasiyentlərə veriləcək. Yeni qanun 4 il davam edəcək.

Marixuananın qəbulunun effekti tədqiqatçılar tərəfindən daim təhlil olunacaq və bu təhlillərdən sonra onun davam etdirilib-etdirilməməsi müəyyələşəcək.