Dünya 22:01 04.11.2017

Bu ölkə müflis olacaq

"Fiç” (Fitch) beynəlxalq reytinq agentliyi Venesuelanın suveren reytinqini "C” səviyyəsinə qədər endirib.

"Qaynarinfo" axar.az-a istinadən xəbər verir ki, Karakasın öz borc öhdəliklərini zamanında yerinə yetirə bilməyəcəyi təhdidi yaranıb. Agentlik ölkənin defolt həddinə çatma imkanlarının olduğunu qeyd edib.

Artıq "Standard&Purs” (Standard & Poor's) agentliyi də Venesuela ilə bağlı analoji qərar qəbul edib.

Qeyd edək ki, Venesuelanın reytinqinin aşağı salınması Karakasın öz xarici borcunun restrukturizasiyası haqqında qərar qəbul etdikdən sonra baş verib.

Hazırda Venesuealnın borcu 150 milyard dollar həcmindədir. Ölkədə inflyasiya 200%-i keçib. Ölkədən köç edənlərin sayı əvvəlki illərə nisbətdə 3 dəfə artıb.

Qaynarinfo.Az