Ekonomiks 12:19 28.03.2018

Bu ölkə "Uber"i qadağan etdi

Slovakiyada Bratislava Məhkəməsi taksi xidməti göstərən "Uber" şirkətinin fəaliyyətini qadağan edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Taksi Sürücüləri Dərnəyi dəfələrlə məhkəməyə müraciət edərək şirkətin Slovakiya qanunlarına uyğun şəkildə fəaliyyət göstərmədiyini bildirirdi. Son olaraq "Uber"in Slovakiyada fəaliyyətinə son qoyulub. 2 ildir ki, ölkədə fəaliyyət göstərən şirkətin 100 min nəfər müştərisi var idi. Yerli firmalar isə müxtəlif formada anti-Uber aksiyalar təşkil edirdi.

Qeyd edək ki, ötən dövrlərdə "Uber"in sürücüsüz avtomobili ABŞ-da qadağan edilib. Buna səbəb kimi avtomobilin bir qadını vuraraq öldürməsi olub.

Gülşən