Dünya 15:44 15.10.2018

Bu ölkədə evsiz olmaq artıq qeyri-qanunidir

Macarıstanda evsiz olmaq artıq qeyri-qanuni hesab ediləcək.

Qaynarinfo European Interest-ə istinadən xəbər verir ki, tarixi, mədəni və digər vacib tikililər və onların ətraflarından yatmaq qadağan edilib. Evsizlər ya sığınacaqlara üz tutmalıdır, ya da həbsə, icrabi iş cəzasına razılaşmalıdır. Lakin ölkədə kifayət qədər sığınacağın olmaması, evsizlər üçün nəzərdə tutulan mərkəzlərdə yaxşı şəraitin yaradılmaması müzakirə mövzularındandır. Bəzi evsizlər pis vəziyyətdə olan sığınacaqdansa küçədə yatmağı üstün tutur. Hökümət isə problemin həllinə kömək məqsədilə evsizlər üçün nəzərdə tutulan yardım məbləğinin artırılacağını açıqlayıb. 

Gülşən