Maqazin 14:23 02.02.2018

Bu ölkədə Rihannaya görə üsyan başladı

Seneqalda 30 qeyri-hökümət təşkilatı amerikalı müğənni Rihannanı ölkələrində görmək istəmədiklərini bildirərək bu barədə bildiriş yayımlayıblar.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bildirişdə sabah paytaxt Dakarda təşkil ediləcək Təhsil üçün Beynəlxalq Birlik Konfransında iştirak edəcək Rihanna "Masson", Seneqalın sosial-mədəni dəyərlərinə təhlükə kimi qiymətləndirilib və "Təyyarənin qarşısında nümayiş təşkil edəcəyik. Lazım olsa, parlament, daxili işlər naziri və ya prezidentə müraciət edəcəyik" cümlələri yazılıb.

Qeyd edək ki, konfransda Fransa prezidenti Emmanuel Makron, Seneqal prezidenti Makki Soll da iştirak edəcək. Rihanna ötən ilin 24 iyununda Makrondan təhsil üçün dəstək istəmişdi.

Gülşən