Xəbər lenti

Bu ölkədə stasionar telefonlar ləğv olunur
Texnologiya 19:42 27.08.2018

Bu ölkədə stasionar telefonlar ləğv olunur

Fransanın telefon rabitəsi operatoru "Orange” 2018-ci il noyabrın 15-dən stasionar telefon rabitəsinə yeni abunəçilərin abunəliyinin dayandırılmasını rəsmən elan edib.

Qaynarinfo  ICTnews-a istinadən xəbər verir ki, Parisdə ilk telefon şəbəkəsinin yaradılmasından 139 il sonra Fransa kabel telefoniyası üçün stasionar rabitə xətlərinin istifadəsindən tədricən imtina mərhələsinə keçir.

Ənənəvi telefon rabitəsindən istifadə edən fransalı istifadəçilər tezliklə öz abunə xətlərini internet-telefoniya ilə əvəz etməli olacaqlar. İndiki stasionar telefonlardan internet-telefoniyaya keçid bir neçə il ərzində həyata keçiriləcək.

Noyabrdan etibarən evdə telefon xətti qoşmaq istəyən "Orange” operatorunun bütün müştərilərinə internet-router vasitəsilə qoşulma təklif ediləcək. İnternet-telefoniyaya keçid prosesi 2023-cü ilədək tamamilə başa çatdırılmalıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->